Ölkə futbolu

Millimizin sabiq üzvü Region Liqasında

Azərbaycan millisinin sabiq üzvü Cavid İmamverdiyev Region Liqasında çıxış edəcək.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu şimal-qərb zonasında müabarizə aparan “Şəki” ilə anlaşıb. Bu barədə komandanın feysbuk səhifəsində paylaşım edilib.

İmmaverdiyev son olaraq “Kəpəz”də çıxış edib. O, karyerası ərzində  “Neftçi” və “Sabah” kimi klubların formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43