05 Yanvar 2025
Dünya futbolu

Millimizin sabiq üzvü “Trabzonspor”un heyətində ilk qolunu vurdu

Türkiyə Super Liqasının XXVII turunun açılış oyununda “Trabzonspor”la “Antalyaspor” qarşılaşıb.

“Trabzonspor”un formasını geyinən Murat Cem Akpınar oyunun 88-ci dəqiqəsində meydana daxil olaraq, 90+4-də fərqlənib. Muratın qolu eyni zamanda görüşün nəticəsini blərləyib  – 4:1. O, bununla Superliqada ilk qolunu vurub.

Murat Cem Akpınar əvvəllər Azərbaycanın U-17 yığmasında çıxış edərək, keçirdiyi 13 oyuna 2 qol vurub.

Qeyd edək ki, Murat Cem Akpınar “Trabzonspor”un yetirməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43