09 Fevral 2023
Dünya futbolu

Millimizin sabiq üzvü Türkiyə klubunda

Azərbaycanın U-19 yığmasının sabiq üzvü Sərhat Taşdemir karyerasını Türkiyədə davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçu “Kocaelispor”la anlaşıb. O, yeni klubu ilə  2,5 illik müqavilə imzalayıb..

Taşdemir bunadək İngiltərədə “Bakston”, “Oldhem”, “Barnet” kimi klubların formasını geyinib. O, Azərbaycanın U-19 yığmasında 3 oyunda 3 qola imza atıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43