Prosineçkinin rəhbərliyi altında ilk matçına çıxacaq Azərbaycan millisinin Ukraynanın “Şaxtyor” klubu ilə Türkiyənin Antalya şəhərində keçirəcəyi yoxlama görüşünün stadionu və başlama saatı müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, qarşılaşma fevralın 24-də keçiriləcək qarşılaşma “Mardan” stadionunda, Bakı vaxtı ilə saat 19:00-da baş utacaq.
Qeyd edək ki, Donetsk təmsilçisi fevralın 17-də Lvovda Almaniya “Bavariya”sını Çempionlar Liqasının ilk 1/8 final matçında qəbul etdikdən sonra mövsümün yaz bölümünə hazırlıq məqsədilə Antalyaya yollanır.