FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının keçirəcəyi sonuncu oyundakı rəqibi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, yığmamız 5-ci yer uğrunda oyunda Belarus komandası ilə qarşılaşacaq. Qarşılaşma yanvarın 11-də, yerli vaxtla saat 14:30-da (Bakl vaxtı ilə saat 15:30-da) Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək.