Kateqoriyasız

Millimizin toplanışının vaxtı bilindi

Azərbaycan millisinin təlim-məşq toplanışının vaxtı məlum olub.

Bunu yığmamızın yeni baş məşqçisi Canni De Byazinin köməkçisi alacaq Alessandro Skayya İtaliya mətbuatına açıqlamasında deyib.

De Byazinin korpusunda fikizi hazırlıq üzrə məşqçi kimi yer alacaq italiyalı mütəxəssis yeni işi ilə bağlı danışarkən millinin hazırlıq prosesinin başlanacağı tarixi də açıqlayıb:

“Millətlər Liqasında Lüksemburqa qarşı debüt oyununun sentyabrın 5-də keçiriləcəyini nəzərə alaraq, toplanışın startı avqustun 28-nə təyin edilib. Ancaq hələ ki, avqustun 5-dək ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər var” – deyə o bildirib.

Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə Lüksemburq, üç gün sonra səfərdə Kiprlə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43