Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası “Fortuna”nın 23 yaşlılarından ibarət komandası Almaniya Qərb Regional Liqasında növbəti matçına çıxıb.
İdmanxeber.com-un məlumatına görə, 16-cı turda “Alemanniya Aaxen”lə qarşılaşan “Fortuna” rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Futbolçumuz 60-cı dəqiqədə komandasının ikinci qolunu vurub. O, matça əlavə olunmuş dəqiqələrdə əvəzlənib.
Qeyd edək ki, Toğrulun komandası hazırda 19 xalla 19 klub arasında 11-ci pillədə qərarlaşıb.