İdman

Millimizin üzvü “Antalyaspor” üzərindəki qələbəyə sevindi

Millimizin üzvü Deniz Yılmaz “Bursaspor”da növbətiu matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Superliqanın 15-ci turu çərçivəsində “Antalyaspor”u qonaq edən Bursa təmsilçisi çətinliklə də olsa qələbə qazana bilib – 2:1.

Futbolçumuz start heyətində meydana çıxıb və əvəzolunmadan meydanda olub. O, görüşün 89-cu dəqiqəsində sarı kartla cəzalandırılıb. 

Hazırda aktivində 27 xal olan “ağ-yaşıllar” 5-ci pillədə qərarlaşıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43