Türkiyənin birinci liqasında çıxış edən "Qaziantep BB” forma geyən həmyerlilərimiz Vaqif Cavadov və Rəhman Hacıyev dünən "Sivasspor”la keçirlən yoldaşlıq görüşündə meydanda olublar.
İdmanxeber.com-un məlumatına görə, əsas heyətdə yer alan Vaqif Cavadovu oyunun 64-cü dəqiqəsində Rəhman Hacıyev əvəzləyib. Gənc futbolçumuz oyuna daxil olduqdan 19 dəqiqə sonra fərqlənərək geridə olan komandasını məğlubiyyətdən xilas edib(3:3). Ancaq 3-3 hesabı ilə bitən matçda, penalti zərbələri ilə "Sivasspor” qalib gəlib.