19 Sentyabr 2024
İdman

Millimizin üzvü “Gəncə”də – RƏSMİ

Transfer çalışmalarını davam etdirən “Gəncə” basketbol komandası daha bir basketbolçu ilə razılıq əldə edib.

İdmanxeber.az xəbər verir ki, klub Elşad Şirzadov ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Hücumçu mövqeyində oynayan 26 yaşlı basketbolçu son mövsümü NTD-də keçirib. 188 sm boya malik Şirzadov “sarı-göylər”in heyətində 10 nömrəli formada oynayacaq.

Qeyd edək ki, Şirzadov Azərbaycan yığmasının da üzvüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43