Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Millimizin üzvü Ali Gökdemirin şərəfini qoruduğu “Hannover 96″nın ikinci komandası “Neumünster”lə qarşılaşıb.
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. Gökdemir 57-ci dəqiqədə sarı vərəqə alıb.