“Çətin bir matç keçirdik. Hava şərtləri oynamaq üçün çox çətin idi”.
Bu sözləri millimizin və “Sivasspor”un üzvü Cihan Özkara deyib.
Özkara dünən baş tutan “Sivasspor” – “Gənclərbirliyi” matçından sonra keçirilən mətbuat konfransında qarşılaşma barədə danışıb. Sivas təmsilçisinin 2:0 hesablı qələbəsilə başa çatan görüşün 79-cu dəqiqəsində oyuna çıxan Özkara qələbəyə layiq olduqlarını bildirib: “Qalibiyyəti haqq etmişdik. Belə davam edəcəyik. Yaxşı yoldayıq”.