Millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Eybar” İspaniya La Liqasında növbəti matçına çıxıb.
İdmanxeber.com-un məlumatına görə, futbolçumuzun komandası 11-ci turda öz meydanında “Xetafe” ilə qarşılaşıb.
4 qolun vurulduğu qarşılaşmada “Eybar” qələbə qazanan tərəf olub – 3:1. Millimizin üzvü bu görüşdə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Eybar” bu qələbədən sonra 19 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.