İspaniya La Liqasında VI turun oyunları davam edir.
İdmanxeber.com-un məlumatına görə, milli komandamızın futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu “Eybar” bu tur öz meydanında “Selta” ilə qarşılaşıb.
İki qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 1:1.
E.İsrafilov matçın 69-cu dəqiqəsində Saul Berxon Perezin əvəzinə meydana çıxıb.
Bu heç-heçədən sonra “Eybar” 9 xalla 6-cı pillədə qərarlaşıb.