Kateqoriyasız

Millimizin üzvü Niderlandda növbəti qolunu vurdu

Niderland II Liqasında XXXIV turun oyunları keçirilir.

Azərbaycan millisinin üzvü Ozancan Kökçünün formasını geyindiyi “Telstar” “Ekselsior”u qəbul edib və 1:1 hesablı heç-heçəyə razılaşıb.

Kökçü də bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan gənc vinger sonadək oynayıb. Komandasının yeganə qolunu da o vurub. Kökçü 38-ci dəqiqədə hesabı açıb.

Bu, Ozancanın “Telstar”da 2-ci qolu olub. Müqavilə ilə “Sabah”a məxsus olan futbolçu icarə əsasında Niderland klubunda oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43