Cənubi Koreya çempionatının 10 -cu turunun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi “Tedjon Xana Sitizen” doğma meydanda “Jeju Yunayted”i qəbul edib.
Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Anton da oyunun iştirakçısı olub.
O, matça əsas heyətdə başlayıb və sona qədər meydanda qalıb.
“Tedjon Xana Sitizen” 17 xalla turnir cədvəlində 4-cü pillədədir.