Polşa çempionatında 16-cı turun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) səfərdə lider “Rakov”la qarşılaşıb və 1:7 hesabı ilə uduzub. Millimizin oyunçusu görüşə start heyətdə başlayıb və 59-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Visla” turnir cədvəlində hazırda 25 xalla 7-ci pillədə qərarlaşıb. “Rakov” 38 xalla 1-cidir.