30 Sentyabr 2024
Ölkə futbolu

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti matçını keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda səfərdə “Slaviya” (Sofiya) ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Start heyətində yer alan Cəlal Hüseynov 90 dəqiqə meydanda olub.

“Arda” hazırda 10 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43