Kateqoriyasız

Millimizin üzvü “Sumqayıt”la vidalaşdı

“Sumqayıt”dan Təbrizin “Traktor” klubuna keçən Höccət Haqverdi İnstaqram səhifəsində bununla bağlı paylaşım edib.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi “Sumqayıt”ı heç vaxt unutmayacağını yazıb:

“Təxminən iki ildən sonra “Sumqayıt”la vidalaşmağın vaxtı gəldi. Bu klubda çox gözəl günlər keçirmişəm və bu komandada olmaqdan qürur duyuram. Bütün heyətə, xüsusən də, mənə həmişə mehriban olan azarkeşlərə təşəkkürümü və minnətdarlığımı bildırirəm. “Sumqayıt”ı heç vaxt unutmaram və hamınız üçün darıxıram. Sizi yenidən görməyə ümid edirəm. Təşəkkürlər və gələcəkdə uğurlar. Böyük şəhərin tək komandası qürur mənbəyimizdir”.

Höccət Haqverdi 2021-ci ilin yanvarından bu ilin yayına qədər “Sumqayıt”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43