17 Yanvar 2025
Ölkə futbolu

Millimizin üzvü Türkiyə klubundan ayrılır

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov “Ankaragücü”dən ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi müqaviləsi davam edən 8 legionerdən ən azı üçü ilə vidalaşmaq niyyətindədir. İddia edilir ki, onların arasında Renat Dadaşov da var.

Qeyd edək ki, yığmamızın üzvü ötən ilin yayında “Ankaragücü”nə keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43