Dünya futbolu

Millimizin üzvü Türkiyə klubu ilə danışıqlara başladı

Millimizin futbolçusu Ufuk Budakın yeni komandasının adına aydınlıq gəlmək üzrədir.  

Cinah müdafiəçisi karyerasını Türkiyənin I Liqa təmsilçisi “Adana Demirspor”da davam etdirə bilər. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. İddiaya görə, “Manisaspor”la müqaviləsi başa çatan futbolçu yeni sözləşmə üçün razılığa gələ bilməyib. Manisa təmsilçisi ilə maliyyə məsələlərində ortaq məxrəc əldə olunmayıb. Belə olan halda millinin müdafiəçisi “Adana Demirspor”la danışıqlara başlayıb.

Danışıqlar müsbət yekunlaşsa, Ufuk karyerasını “Adana Dəmirspor”da davam etdirəcək.

Qeyd edək ki, Budak ötən mövsümün ilk yarısını “Kayserispor”da, ikinci yarısını isə “Manisaspor”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43