Kateqoriyasız

Millimizin üzvü Ukraynada dubl etdi

Millimizin üzvü Anatoli Nuriyevin formasını geyindiyi “Minay” Ukrayna çempionatında növbəti matçını keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda 22-ci tur çərçivəsində doğma meydanda “Desna”nı qonaq edib. 4 qolun qeydə alındıği görüşdə “Minay” qələbə qazanıb – 3:1.

Nuriyev bu görüşün iştirakçısı olub və dubla imza atıb. O, 21 və 32-ci dəqiqələrdə fərqlənməklə UPL-da bu mövsüm qollarının sayını 10-a çatdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43