19 Sentyabr 2024
İdman

Millimizin üzvü xəstəxanadan evə buraxıldı

Dekabrın 1-də səhhətində ciddi problem yaranan kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Tural Həsənli daxili qanaxma və bağırsaq partlaması diaqnozu ilə əməliyyat olunub.

İdmanxeber.az  xəbər verir ki, bu haqda Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İdmançı artıq xəstəxanadan evə buraxılıb. 

 

Özünü daha yaxşı hiss edən voleybolçu müalicəsinə ev şəraitində və həkim nəzarətində davam edəcək.

Xatırladaq ki, Tural Həsənlinin “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.

Həsənli kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya yerləşdirilib. Daxili qanaxması olan voleybolçunun bağırsağından ağır əməliyyat keçirdiyi vurğulanıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43