Kateqoriyasız

Millimizin üzvündən vida sözləri: “Bunu heç vaxt unutmayacağam”

ABŞ-ın “Feniks Rayzinq” klubundan Almaniya “Şalke”sinin əvəzedici komandasına keçən milli komandamızın sabiq hücumçusu Rüfət Dadaşov keçmiş klubu ilə vidalaşıb.

30 yaşlı hücumçu bununla bağlə öz instaqram hesabından paylaşım edib:

“Klubla və insanlarla keçirdiyim 2 il həqiqətən möhtəşəm idi. Məni qardaş kimi qarşıladız. Bunu heç vaxt unutmayacağam. Bu təcrübəni yaşadığım üçün sizə minnətdaram. Mənim üçün etdiyiniz hər şeyi qiymətləndirirəm. Həyatımızın həmin anları heç vaxt yaddan çıxmayacaq. “Feniks Rayzinq”ə hər şeyin ən yaxşısını arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43