29 Sentyabr 2024
İdman

Millimizin üzvünün komandasının 26 milyon manat borcu var

Azərbaycan millisinin futbolçusu Ufuk Budakın formasını geyindiyi Türkiyənin “Samsunspor” klubunun böyük məbləğdə borcu olduğu açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, I Liqada çıxış edən klubun rəsmi saytına istinadən xəbər verir ki, Samsun təmsilçisinin Qəyyum Heyətinin hesablamalarından sonra 31 yanvar 2018-ci il tarixinə 55 milyon 222 min 222 lirə (təqribən 26 milyon manat) borcun olduğu müəyyənləşib.

“Samsunspor”un Vergi Dairəsi və Sosial Müdafiə Qurumuna 17.036.400 lirə, sabiq idarəçilərə 16.623.512 lirə, sabiq və mövcud futbolçulara 12.611.286 lirə borcu var.

Qeyd edək ki, Türkiyə mətbuatı “Samsunspor”un Ufuk Budaka yeni müqavilə təklif etdiyini yazıb. 27 yaşlı sol cinah müdafiəçisinin hazırkı sözləşməsinin müddəti mayın 31-dəkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43