25 Noyabr 2024
Dünyadan Ölkə futbolu

Millimizin üzvünün Türkiyə klubu ilə bağlı YEKUN QƏRARI!

Türkiyədə çıxış edən azərbaycanlı futbolçular – Coşqun Diniyev (“Ümraniyespor”) və Sertan Taşkın (“Manisa”) klublarından ayrıldıqlarını açıqlayıb. İki oyunçunun da növbəti mövsüm hansı komandada çıxış edəcəkləri hələlik bəlli deyil.

Sertanla Coşqunun ayrılmasından sonra Vüsal İsgəndərlinin də qardaş ölkənin I Liqa təmsilçisi “Boluspor”dan gedəcəyi yönündə iddialar var. Millimizin üzvünün də klubunu dəyişəcəyi bildirilsə də, İsgəndərli iddiaları təkzib edib. 

O, İdmanxeber.az saytına başqa klublardan təklifləri olsa da, növbəti mövsüm də “Boluspor”da qalacağını bildirib.

Xatırladaq ki, Vüsal bu ilin yanvar ayında Bolu klubu ilə 1,5 illik müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43