26 Dekabr 2024
Kateqoriyasız

Millimizin xal ehtiyatını artırması üçün əla şans: Portuqaliya Azərbaycandan asılı vəziyyətə düşdü

DÇ-2014ün seçmə mərhələsi çərçivəsində millimizin qərarlaşdığı qrupda Rusiya yığması liderliyini davam etdirir.

Şimal qonşularımızın qrup lideri kimi Braziliyaya vəsiqə qazanması üçün Bakıda hər hansı bir heç-heçə belə bəs edəcək. Hətta Rusiya millisi Bakıda məğlub olacağı halda isə Braziliyaya bilet sifariş edə bilər. Bunun üçün Portuqaliyanın Lüksemburqa 6 top vurmaması lazımdır. Əgər Portuqaliya qrupun autsaderinin qapısından bu qədər qol keçirdə bilməsə, o zaman Bakıda Rusiyanın millimizə uduzması belə onları qane edəcək. 

Yox, əgər millimiz Rusiyanı Bakıda məğlub etsə, Portuqaliya isə Lüksemburqun qapısından 6 cavabsız qol keçirdərsə  o zaman hər iki yığmanın xalları və top göstəriciləri eyni olacaq. Belə olacağı halda isə neytral meydançada Rusiya və Portuqaliya seçmələri öz aralarında qrup liderini müəyyənləşdirəcək. Çünki Rusiya və Portuqaliya arasında keçirilən oyunlarda meydan sahibl komanda minimal hesablı qələbəyə sevinib – 1:0.

Hal-hazırdkı vəziyyətə görə, Portuqaliya Azərbaycanın Rusiyanı məğlub etməsini gözləməlidi. Əks təqdirdə portuqallar pley-off oynamalı olacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43