17 yaşadək futbolçulardan ibarət yığmamızın yeni baş məşqçisinin kim olacağı rəsmən bilinib. Nikolay Adamın boşaltdığı postu Mirbağır İsayev tutacaq.
Onunla bağlanan müqavilənin müddəti açıqlanmayıb. Ancaq ehtimal etmək olar ki, ona minimum 2 il şans veriləcək.
Qeyd edək ki, Nikolay Adam U-19-a baş məşqçi təyin olunub. Almaniyalı çalışdırıcı yeni komandasında ilk sınağını Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə verəcək.
affa.az