Canni De Byazinin milli komandadan ayrılmasından sonra onun yerinə kimin keçəcəyi müzakirə edirlir. Əksər azarkeşlər və mütəxəssislər yığmanı yerli məşqçiyə həvalə etməyin doğru olduğunu bildirir. Artıq bir neçə mütəxəssis adı da ön plana çıxıb.
İdmanxeber.az saytının feysbuk səhifəsində keçirilən sorğusunda azarkeşlər millinin yerli çalışdırıcıya tapşırılmasının tərəfdarıdır. Fanatların böyük bir hissəsi yığmamız üçün ən uyğun namizədin Tərlan Əhmədov olduğunu düşünür.
Təcrübəli çalışıdırcıyla yanaşı, Qurban Qurbanovun və Rəşad Sadıqovun da adını çəkənlər var.