Kateqoriyasız

Millinin Avropa çempionatında son oyunu

17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirəcək.

İdmanxeber.az xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Yığma bundan əvvəlki oyunlarda Ukraynana 2:5, Bosniya və Herseqovinaya 0:1 hesabıyla uduzub.

Avropa çempionatı
Seçmə mərhələ, III tur

16:30 Lixtenşteyn – Azərbaycan


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43