09 Noyabr 2024
Dünya futbolu

Millinin baş məşqçisi istefaya göndərilib

Latviya millisi baş məşqçisi Miksu Paatalaynenlə yolları ayırıb.

Latviya Futbol Federasiyasının rəsmi saytının verdiyi məlumata görə,  bu barədə qərar tərəflər arasındakı müzakirələrdən sonra qəbul olunub.
Yeni baş məşqçinin adı dekabrın 18-də federasiya şurasının iclasında açıqlanacaq.

Qeyd edək ki, Latviya yığması UEFA Millətlər Liqasında qrup 3-cüsü olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43