Meksika millisinin baş məşqçisi Xayme Lozano vəzifəsini tərk edib.
İdmanxeber.az-ın məlumatına görə, yerli federasiya yığmaya daa təcrübəli çalışdırıcı gətirməyə qərar verib. Xaymeyə isə köməkçi məşqçi olmağı təklif edilsə də, mütəxəssis bunu qəbul etməyib.
Meksika millisi sonuncu Amerika Kubokunun B qrupunda Ekvadora uduzaraq pley-offa yüksələ bilməyib.
45 yaşlı Lozano 2023-cü ilin iyununda Meksika millisinin müvəqqəti baş məşqçisi olub. KONKAKAF Qızıl Kubokunu qazandıqdan sonra milli komandaya rəhbərlik etdi.