İrlandiya millisinin baş məşqçisi Martin Onil istefa verib.
Baş məşqçi istefasının səbəbi kimi Millətlər Liqasındakı uğursuzluğu göstərib. Qrupda keçirdiyi 4 oyunun hamısında uduzan irlandlar B liqasından C-yə yuvarlanıb.
Qeyd edək ki, Martin Olil 5 il İrlandiya yığmasını çalışdırıb. Onun rəhbərliyi ilə komanda Avro-2016-nın 1/8 finalına və DÇ-2018-in seçmə mərhələsinin pley-offuna qədər irəliləyib.