Qadın futbolçulardan ibarət Azərbaycan millisi hazırda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Turkiyə ilə qarşılaşır.
İdmanxeber.az-ın “Liv Bona Dea Arena”ya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, matçda ilk hissə başa çatıb və hesab açilmayıb – 0:0.
Matçın ilk hissəsinin gedişində millinin baş məşqçisi Siyasət Əsgərov oyunu izləməyə gələn azsaylı azarkeşlərin susqunluğuna qarşılıq, “qışqırın, hay-küy salın da. Sakit niyə oturmusuz deyə?” – etirazını bildirib.