İdman

Millinin baş məşqçisi qovuldu

Yaponiya Futbol Federasiyası millinin baş məşqçisi Vahid Halilhodziçi istefaya göndərib.

Idmanxeber.com-un məlumatına  görə, buna səbəb milli komandanın yoldaşlıq oyunlarında zəif çıxışı olub.

Bu il Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanan Yaponiya millisi sınaq matçlarında Malta ilə heç-heçə (1:1) edib, Ukraynaya isə uduzub – 1:2.

Qeyd edək ki, bosniyalı mütəxəssis 2015-ci ildən Yaponiya millisini çalışdırırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43