İdman

Millinin dünya kuboku üçün heyəti açıqlandı

Aprelin 15-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə dünya kuboku üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, üç gün davam edəcək yarışa Azərbaycan millisinin ikinci heyəti yollanıb.

Dünya kubokunda Azərbaycanı fərdi proqramda Alina Gözəlova ilə İlona Zeynalova, qrup hərəkətləri proqramında isə Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva və Nərgiz Ramazanova təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43