Kateqoriyasız

Millinin düşərgəsindən “Qarabağ” üçün bəd xəbər

Millimizin və “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov sabah Latviya ilə keçiriləcək oyunu buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə millinin baş məşqçisi Canni de Byazi danışıb. O, oyundan öncə təşkil olunan mətbuat konfransında müdafiəçinin ayaq əzələsində problem olduğunu deyib. Bu səbəbdən De Byazi Bədavini oyuna buraxmağa risk etməyəcək.

Qeyd edək ki, sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43