28 Sentyabr 2024
Ölkə futbolu

“Millinin formasını geyinmək böyük şərəfdir” – Şəhriyar Əliyev

“Açığı, bütün fikrim “Turan Tovuz”la qarşıdakı oyunlarda idi. Millinin formasını geyinmək böyük şərəfdir. Allah bütün oyunçulara nəsib etsin. Hər kəs bu duyğunu yaşamaq istəyir. Var gücümlə milli üçün çalışacam”.

Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev Millətlər Liqası oyunları üçün milliyə dəvət alması barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Həmişə fikrim komandaya faydalı olmaqdır. Çünki formasını geyindiyin klub yuxarıda olanda milliyə dəvət alırsan. Hamısı öz performansından asılıdır. Həmişə ideal formada olmağa çalışıram. Milliyə dəvət aldığım üçün çox sevincliyəm. 

Canni De Byazi “Keşlə”də çıxış edəndə məni yığmayı dəvət edirdi. Ancaq “Turan Tovuz”da oynayanda milliyə çağırmadı. Yəni səbəbini bilmirəm, sadəcə çağırmadı. Düzdü, həmişə danışırdıq, məndən hal-əhval soruşurdu. Qismət bu mövsüm imiş. Bizdə də bu il məşqçi dəyişdi, komanda yaxşı gedir. İstər-istəməz belə şeylərin də təsiri olur. Çalışacam milliyə faydalı olum”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43