Dünya futbolu

Millinin futbolçuları tarixə düşdülər

Kristof Baumqartner və Marko Arnautoviç Avstriya millisinin tarixinə düşüblər.

İdmanxeber.az-ın məlumatına görə, hər iki hücumçu Avro-2024-ün qrup mərhələsində Polşa seçməsini 3:1 hesabı ilə məğlub etdikləri matçda fərqlənməklə qitə çempionatları tarixində öz yığmalarının heyətində birdən çox qol vuran ilk oyunçular olublar.

Qeyd edək ki, Avstriya seçməsi 3 xalla D qrupunda üçüncü pillədə qərarlaşıb. Onlar son turda Fransa ilə üz-üzə gələcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43