Venesuela millisində xoşagəlməz hadisə baş verib.
Belə ki, Çili ilə oyunöncəsi yığmada kütləvi zəhərlənmə baş verib.
Komandanın 20 futbolçusunda mədə infeksiyası aşkar olunub. Buna görə, millinin məşqi təxirə salınıb.
Qeyd edək ki, sentyabrın 6-da Çilinin qonağı olacaq Venesuela millisi 4 gün sonra öz doğma azarkeşlər önündə Peru ilə qarşılaşacaq.