“Mançester Yunayted”in müdafiəçisi Lyuk Şou mövsümün qalan hissəsini buraxacaq.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu fevralın 18-də “Luton”la keçirilən oyunda zədələnib. Onun təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Belə ki, Şou bu mövsüm “Mançester Yunayted”lə heç bir matçda iştirak etməyəcək. Oyunçunun reabilitasiya prosesi səngisə, AVRO-2024-ü buraxa bilər.