06 Oktyabr 2024
Milli komanda

Millinin heyəti açıqlandı – İki legioner futbolçumuz dəvət olundu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və İngiltərə yığmalarına qarşı keçiriləcək səfər oyunlarının heyəti müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, oktyabrın 7-də təlim-məşq toplanışına yığışacaq U-21 oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Belfastda Şimali İrlandiya, oktyabrın 15-də, saat 22:30-da isə Bristolda İngiltərə seçməsi ilə qarşılaşacaq. F qrupunda yer alan komandamız oktyabrın 8-də Şimali İrlandiyaya yola düşəcək.

U-21-ə dəvət edilən futbolçuların adlarını diqqətinizə çatdırırıq:

S.  Ad/Soyad Klub
1 Rəvan Kazımov Neftçi
2 Xəyal Fərzullayev Sumqayıt
3 Rüstəm Samiqullin Neftçi
4 Süleyman Damadayev Qəbələ
5 Seymur Məmmədov Sabah
6 Emin Rüstəmov Səbail
7 Cəlal Hüseynov Arda Kardzali (Bolqarıstan)
8 Eşqin Əhmədov Qəbələ
9 Abdulla Rzayev Sabah
10 Rüfət Əhmədov Turan Tovuz
11 Rüfət Abbasov Şamaxı
12 Mahir Həsənov Kəpəz
13 Qurban Səfərov Şamaxı
14 Mirəli Əhmədov MOİK
15 Rauf Rüstəmli Şamaxı
16 Emil Səfərov Neftçi
17 Xəyal Əliyev Sabah
18 Murad Vəliyev Nomme United (Estoniya)
19 Fərid Yusifli Turan Tovuz
20 Şahin Şahniyarov Qəbələ
21 Zeynəddin Abdurahmanov Cəbrayıl
22 Samir Məhərrəmli Cəbrayıl
23 Nəriman Axundzadə Qarabağ
24 Samir Abdullayev Səbail
25 Ağadadaş Salyanskiy Neftçi

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43