Milli komanda

Millinin heyətində dəyişiklik edildi

Aprelin 2-dən etibarən Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

İdmanxeber.com-un məlumatına görə, zədəli olduğu üçün Melih Serin, Valeh Qəhrəmanlı (hər ikisi “Neftçi”), İlahi Quliyev (“Zirə”) hazırlıq prosesindən kənarlaşdırılıb.

Onların əvəzinə Hüseyin Mürsəlov, Ülvi Mədətov (hər ikisi “Qəbələ”) və Mürvət Məmmədli (“Vətən”) toplanışa dəvət edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43