16 Sentyabr 2024
Dünya futbolu

Millinin hücumçusu İtaliya klubu ilə anlaşdı

İtaliyanın “Torino” klubu hücumçu Çe Adamsı transfer edib.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı şotlandiyalı ilə 3 illik müqavilə imzalanıb. Adams 2019-cu ilin iyulundan “Sauthempton”da çıxış edir.

O, 2023/24 mövsümündə komandanın heyətində 46 matçda 17 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mövsüm başa çatdıqdan sonra futbolçu azad agent olub. O, Şotlandiya millisində 33 oyunda 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43