Beynəlxalq yoldaşlıq görüşü çərçivəsində keçirilən CAR – İspaniya (1:0) matçının nəticəsi ləğv edilib.
Buna səbəb İspaniya millisinin oyunda 7 dəyişikik etməsi olub.
Matçın 81-ci dəqiqəsində Viktor Valdesin zədələnməsindən sonra rəqib komanda və hakimin razılığı ilə meydana Pepe Reynanı buraxıblar. Buna qədər ispanlar 6 dəyişiklikdən istifadə etmişdi və FİFA-nın qaydalarına əsasən, yoldaşlıq oyunlarında 6 dəyişiklik edilə bilər.
Bu səbəbdən matçın nəticəsi ləğv edilib.