25 Oktyabr 2024
Dünya futbolu

Millinin qapıçısı karyerasını bitirdi

İsveçrə millisinin qapıçısı Yann Sommer millidəki karyerasını başa vurduğunu açıqlayıb 

İdmanxeber.az-ın məlumatına görə, o, millidə olduğu müddətdə dəstəyə görə komandanın oyunçularına, məşqçilər heyətinə, azarkeşlərə və ailəsinə təşəkkür edib.

Futbolçu İsveçrə millisində 2012-ci ilin mayında 23 yaşında Rumıniya ilə yoldaşlıq oyununda (0:1) debüt edib. Ümumilikdə o, komandanın heyətində 94 oyun keçirib (onlardan 15-i yoldaşlıq görüşü olub) və 92 qol buraxıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43