“Çelsi” baş məşqçi axtarışlarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, İspaniya millisinin sabiq çalışdırıcısı Luis Enrikenin Londonda olduğu iddia edilir. O, hazırda “Çelsi” ilə danışıq aparır.
ESPN nəşri yazır ki, rəhbərliyin siyahısında bir neçə mütəxəssis olsa da, Enrike ilk pillədədir. “Zadəganlar” koamndanın başında onu görmək istəyir.
52 yaşlı mütəxəssis dünya çempionatının ardından İspaniya yığmasından ayrılıb.