Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik “Mançester Yunayted”ə qayıda bilər.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis idman direktoru vəzifəsini tuta bilər. Ranqnik 2021-ci ilin dekabrında “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə keçərək, mövsümün sonunda klubda məsləhətçi olacağı müqaviləyə razılaşdı.
2022-ci ilin yazında onun Avstriya millisinə rəhbərlik edəcəyi məlum olub. Milli komandanın tələblərinə görə, Ranqnik “Mançester Yunayted”dəki işindən ayrılmağa məcbur qaldı.