Avstraliya millisi Toni Popoviçin yığmaya baş məşqçi təyin olunduğunu açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis bu vəzifədə 2018-ci ildən komandaya rəhbərlik edən Qrem Arnoldu əvəzləyib. Avstraliya yığması DÇ-2026-nın seçmə turnirinin son iki oyununda Bəhreynə uduzub (0:1), İndoneziya ilə xalları bölüşüb (0:0).
Məşqçilik karyerası ərzində Popoviç “Kristal Pelas”, Yunanıstan və Türkiyə millilərində çalışıb. O, 2021-2024-cü illərdə “Melburn”a rəhbərlik edib.