Yaponiya millisinin yeni baş məşqçisi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, komandanı Akira Nisino çalışdıracaq. O, bu vəzifədə ötən gün istefaya göndərilən Vahid Halilhodziçi əvəzləyib.
Qeyd edək ki, 63 yaşlı yaponiyalı mütəxəssis son olaraq ölkəsində “Naqoya Qrampus” klubunu çalışdırıb.